image-ahikbackend

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevdən Anım Günü ilə bağlı paylaşım:

image-reklam_sirab_01

Bu gün – 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.

Bu barədə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən Sərəncam verilməsi şəhid ruhlarına, şəhidlərin doğmalarına ən ali ehtiramın əlamətidir.

Vətən müharibəsində əzmkarlıqla döyüşərək böyük qəhrəmanlıqlar göstərmiş, Azərbaycanın yenilməz Bayrağını erməni işğalından azad edilən torpaqlarımızda qürurla dalğalandırmış, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şirin canından keçmiş, xalqımıza böyük Zəfərin sevincini yaşatmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.

Onların Vətənmiz uğrunda göstərdiyi qəhrəmanlıqlar heç vaxt unudulmayacaq və əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Bütün şəhidlərimizə Uca yaradandan rəhmət diləyir, valideynlərinə, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki