image-84-emine-eliyevabackend

“Azərbaycan–Litva Münasibətləri Yeni Müstəvidə”

image-reklam_sirab_01

 

 

Bildiyimiz kimi, cari ilin 22 may tarixində Prezident cənab İlham Əliyev Azərbaycan və Litva arasında münasibətlərin daha da yaxşılaşdırlması məqsədilə Litvaya növbəti səfər həyata keçirmişdir.

Bu münasibətlə ölkə başçısının səfər çərçivəsində mətubata verdiyi bəyanatda qeyd etdiyi kimi, Azərbaycan və Litva arasında əməkdaşlıq strateji tərəfdaşlıq xarekteri daşıyır. Prezidentin qeyd etdiyi kimi, siyasi müstəvidə ədə edilən razılaşmalar, digər sahələrə də öz müsbət təsirini göstərir. Xüsusən biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyəsinin qarşılıqlı şəkildə artmasına gətirib çıxaracaqdır. Ötən ilin may ayında da Bakıda, Prezident Nausedanın ölkəmizə rəsmi səfəri çərçivəsində  Litva-Azərbaycan biznes formu keçirildiyi barədə də xatırlatma edildi.

Səfər çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinə dair məqamlara bir daha toxunuldu. İlham Əliyevin bir daha bəyan etdiyi kimi, sülh müqaviləsinin imzalanması qaçılmazdır.  Çünki, yekun olaraq bu sülh Qafqaz regionunda uzunmüddətli sülhü bərqərar edəcək. Azərbaycan tərəfi hər zamanki kimi, öz növbəsində konstruktiv səylər göstərir.

Həmçinin, səfər əsnasında bildirildiyi kimi, Azərbaycan- Avropa İttifaqı üçün Litva ilə ikitərəfli əməkdaşlıq olduqca böyük əhəmiyyət daşıyır. İldən-ilə artan qaz ixracının Avropa bazarlarına nəql edilməsi bu xüsusda əhmiyyət kəsb edir. Perspektivli əməkdaşlıq istiqaməti üzrə Litva və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı işlər aparılır və hər iki ölkə öz növbəsində bu sahəyə böyük diqqət göstərir.

22 may tarixində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanmış əməkdaşlıq sənədindən:

1.“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mhafizəsi sahəsində əməkdaşlığa dair Saziş”;

2.“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”;

“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokrorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”.

Həmçinin, Litvaya səfər çərçivəsində, Prezident İlham Əliyev 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes formunda da iştirak etmişdir.

İlham Əliyevin qeyd etdiyi kimi, bu il ərzində keçirilən ikinci belə görüşdür və bu biznes subyektləri, həmçinin, sahibkarlar arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Biznes forumu əməkdaşlıq çərçivəsində yaradılan birgə iqtisadi komissiyasının rol isə, biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün imkanları dəyərləndirməkdən və tərəfdaşlıq çərçivəsinin yaradılmasından ibarətdir.

Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm tranzit qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə təchiz edilməlidir. Onu deyə bilərik ki, bu gün Azərbaycanın təşəbbüsləri sayəsində, Avropanın enerji xəritəsi kəskin şəkildə dəyişib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin iqtisadiyyatı sabitdir.  Azərbaycanda xarici şirkətlər üçün münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəfimiz şaxələnməkdir. Ölkəmizin iqtisadiyyatı şaxələnəcək və enerji sektorundan aslılığı azalacaqdır.

Beləliklə, son olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan – Litva arasında keçirilən bu növbəti görüş ölkələrarası münasibətlərin inkişafında qənaətbəxş və məhsuldar görüş kimi yadda qaldı.

 

Əminə Əliyeva

Suraxanı rayonu, 84 nömrəli məktəbin tarix müəllimi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki