image-02-31backend

Azərbaycan Ordusu dünyanın ən qüdrətli orduları sırasındadır

image-reklam_sirab_01

 

 

1990-cı illərin əvvəllərində Azərbaycanda hər bir sahədə olduğu kimi ordu quruculuğu sahəsində də dərin böhran hökm sürürdü. Bu dövr ərzində orduda hərbi intizam yox idi, vahid komandanlıq və idarəçilik tamamilə itmişdi.  Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının yeganə ümid çırağı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümumilli liderimiz Heydər Əliyev tərəfindən ordu quruculuğu sahəsində bir sıra mühüm, təxirəsalınmaz addımlar atıldı və bu sahədə köklü islahatlara başlanıldı. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi. Qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yarandı.

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri ordu ilə xalq arasındakı əlaqələri yeni bir səviyyəyə qaldırması, bu əlaqələri daha da səmimiləşdirməsi oldu. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan ümummilli lider Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu xalqın bir hissəsi bilirdi və əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biridir. Nəticədə, xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı. Bütün bu tədbirlərin nəticəsi olaraq qısa müddət ərzində güclü milli ordu yaradıldı, orduda hərbi intizam möhkəmləndirildi, ordumuzun maddi-texniki təminatı,  mənəvi-psixoloji hazırlığı, döyüş ruhu xeyli yüksəldi. Bununla da ölkəmizdə ordu quruculuğu sahəsində mövcud olan böhran aradan qalxdı, inkşaf və tərəqqi dövrü başlandı

1971-ci il iyunun 20-də Ulu öndər Heydər Əliyev C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Milli hərbi kadrların yetişdirilməsinə başlayan ümummilli lider bu planını həyata keçirə bildi. Ulu öndərimiz o dövrdə  azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 20 avqust 2001-ci il tarixli Fərman ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində  siyasət, həyata keçirilən konkret tədbirlər Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirməklə, dünya miqyasında öncül sıralardan birinə çıxarıb. Bu gün Azərbaycan Ordusu dünyanın ən qüdrətli və nizamlı orduları sırasındadır. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində XXI əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Məhz bu ordu 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə düşməni darmadağın edərək 30 illik işğala son qoydu.  İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı. Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi gənclər və hərb siyasətinin daha bir unikallığı ondan ibarət idi ki,  heç bir zaman işğaldan azad olunmuş torpaqlarımızı görməyən, orada olmayan Azərbaycan gəncləri, Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdilər. Bu qələbənin baş memarı isə illər öncə güclü Azərbaycan ordusunun əsasını qoyan Ümummilli lider Heydər Əliyevdir.

 

 

Müşviq Əhmədov – ehiyatda olan zabir, müharibə veteranı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki