image-58backend

Azərbaycan Rusiyanın Tomsk vilayətindən 1 000 kubmetr taxta idxal edib

image-reklam_sirab_01

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Tomsk vilayəti üzrə İdarəsi bu ilin oktyabr ayında bölgədən 142 min kubmetr taxtanın ixracına sertifikat verib.

Veteninfo.az bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, onun 55 472 kubmetri Özbəkistana, 46 230 kubmetri Çinə, 16 401 kubmetri Qırğızıstana, 13 189 kubmetri Qazaxıstana, 3 947 kubmetri Vyetnama, 3 515 kubmetri Tacikistana, 991 kubmetri Azərbaycana, 252 kubmetri Cənubi Koreyaya, 225 kubmetri Əfqanıstana, 101 kubmetri Gürcüstana, 97 kubmetri Türkiyəyə, 45 kubmetri Slovakiyaya, 34 kubmetri Polşaya, 7 kubmetri Serbiyaya ixrac edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki