image-1backend

Azərbaycan sentyabrda Avropaya 157 milyon kubmetr qaz ixrac edib

image-reklam_sirab_01

Vətəninfo.az “Tahlil Bazaar” saytına istinadən  xəbər verir ki, Avropa İttifaqının “Eurostat” kimi tanınan statistika mərkəzi bu ilin sentyabrında Azərbaycandan Yunanıstana 157,3 milyon kubmetr təbii qaz ixrac edildiyini açıqlayıb.
Adıçəkilən mərkəz avqust ayı üçün Azərbaycandan 162,8 milyon kubmetr qaz idxalının statistikasını da açıqlayıb ki, bu da Avropanın Bakıdan qaz idxalının 3,4% azaldığını göstərir.
Eurostat bu ilin 9 ayı ərzində Azərbaycandan Avropa qaz idxalının ümumi həcminin təqribən 1,5 milyard kubmetr, təxmini dəyərinin isə 686,8 milyon avroya bərabər olduğunu bildirib.
Sentyabrda Yunanıstan Azərbaycandan avqust ayı ərzində təbii qaz almaq üçün təxminən 55,2 milyon avro xərcləyib ki, bu da iyul ayı ilə müqayisədə xərclərin 5,9% artdığından xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki