“İkinci Vətən” müharibəsində əldə etdiyimiz qələbə bizim tariximizdə əsrlər keçsədə unudulmayacaq bir iz qoydu. Ölkəmiz bu zəfərə tam hazır olmaq üçün çox çalışmışdır. Torpaqlarımızı geri qazanmaq üçün biz beynəlxalq hüququn bizim tərəfimizdən olduğunu, onların Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğu gerçəyini qəbul etdiklərini bütün dünyaya sübut etməli idik. Biz bu istəyimizə nail olduq. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta bizə qarşı düzgün münasibət bəsləməyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər. Beləliklə, Ermənistanın xarici dəstəkçilərinin, erməni lobbisinin bizə qarşı qurduqları təxribat planları yarım qaldı. Biz beynəlxalq müstəvidə ikitərəfli əlaqələrimizi də möhkəmləndirdik. Bunun nəticəsinidə müharibənin ilk saatlarından qardaş ölkələr Türkiyə, Əfqanıstan və Pakistan dövlətlərinin bizə dəstəyi ilə gördük. Hazırlıq işlərində iqtisadi amil böyük rol oynamışdır. Çünki bizə aydın idi ki, iqtisadi cəhətdən gücümüz olmasa , biz istəyimizə nail ola bilmərik. Çünki biz 1990-cı ildə Azərbaycanın acınacaqlı iqtisadi vəziyyətinin, xəzinənin boş olmasının, borclarımızın artmasının , iqtisadi cəhətdən asılı olmağımızın bizə gətirdiyi fəlakətləri yaxşı xatırlayırıq . Bu səbəbdən, iqtisadi müstəqillik əldə etmək bizim ən başlıca vəzifəmiz idi. Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində biz bu müstəqilliyi artıq uzun illərdir əldə etmişik. Bu gün bir sıra inkişaf etmiş ölkələrin xarici borcları onların ümumi daxili məhsullarından dəfələrlə çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət tələb edirdi. Yorulmaz fəaliyyətimiz, qələbəyə olan inam və istəyimiz sonda zəfər qazanmağımıza kömək oldu. Bizim iqtisadi vəziyyətimiz daha da müsbətə doğru inkişaf edir. Müharibədən çox az müddət keçməsinə baxmayaraq biz bir çox xarici dövlətlərin mütəxəssisləri ilə əlaqə qurub, işğaldan azad olunmuş torpaqlarımızda bərpaetmə işləri aparırıq. Azərbaycan bu gün sözün əsl mənasında çiçəklənmə dövrü yaşayır. Bu gün dövlətimiz çox əsrlik tarixində heç olmadığı qədər güclüdür. Eyni zamanda , ölkəmizdə xalq -iqtidar birliyi ən yüksək səviyyədədir. Bu, dövlətimizin inkişafında ən böyük amildir.
Məmmədova Simranə