image-0c5bb7a6-2529-413d-94f6-ea67f52e770fbackend

Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

image-reklam_sirab_01

İllərdir Qarabağ həsrəti hər bir Azərbaycanlının ürək yarası idi. Köçkün düşən insanların yurdu-yuvası, mədəniyyət ocağı, tarix nümunəsi idi. Təbiətinin gözəlliyi dillərə dasdan , yaşıl meşələri, çayları və s.. göz oxşayırdı. Tarixi ta qədimə dayanan , mədəniyyət şəhərimiz Şuşa dağılsa da həmişə bizim ümid yerimiz idi. Qarabağ sən bizim yalnız tarixi ilə deyil sənətkarları, şairləri ilə də məşhur olan yurdumuzsan. İllərdir ayrı qalan yurdumuza artıq qovuşduq. İgidlərimizin, qəhrəmanlarımızın və Prezidentimiz sayəsində.
Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. “ İlham Əliyev”
Həqiqətən belədir. Şükürlər olsun ki artıq həsrətində olduğumuz Qarbağa qovuşduq, o çətin günlər geridə qaldı. Artıq abadlıq işləri görülür və İlham Əliyev bu işlərin gedişatı haqqında yaxından maraxlanır.
lham Əliyev Şuşanın bərpa işlərinin sürətlə getdiyindən, tezliklə yerli sakinlərin bura qayıda biləcəyindən danışıb.
Cənab Əliyevin sözlərinə görə, Şuşaya artıq yol çəkilib, magistral yol isə çəkilməkdədir. Bundan başqa Şuşanın elektrik təsərrüfatı bərpa edilib, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkilib, yarımstansiya tikilib.
Hazırda şəhərdə üç Yuxarı Gövhərağa, Saatlı və Aşağı Gövhərağa məscidlərində təmir-bərpa işləri gedir.

İlham Əliyev bildirib ki, hazırda Şuşaya iki mənbədən su gəlir və burada “Xarıbülbül” oteli istifadəyə verilib, “Qarabağ” hoteli əsaslı təmirdən sonra fəaliyyətə başlayıb və yeni 150 otaqlı, beşulduzlu otel də tikiləcək.
“Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi. Beşulduzlu otel gözəl yerdə inşa ediləcək,”- o deyib.

Şuşa 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis olunub.
Bu ilin mayında Şuşada “Xarıbülbül” festivalı da keçirilmişdi.

Orucova Fatimə
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki