Vətəninfo.az xəbər verir ki, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti və bir qrup
üzvləri 8-11 avqust tarixlərində Şimali Kipr Türk Respublikasında (ŞKTR) işgüzar
səfərdə olublar. ŞKTR-nın Azərbaycan Təmsilçiliyinin təşkilatı dəstəyi ilə düzənlənən
səfər proqramında heyəti ŞKTR-nın Azərbaycandakı təmsilçisi xanım Ufuk Turğaner
müşaiyət edib.
Nümayəndə heyətini ilk olaraq ŞKTR-nin Prezidenti Ersin Tatar qəbul edib.
Görüşdə prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib. ATİB İdarə heyətinin sədri,nümayəndə
heyətinin başçısı Cemal Yanğın qəbula görə prezident Ersin Tatara təşəkkür edib və
ATİB-ə üzv olan iş adamlarının Şimali Kiprdə yeni layihələr həyata keçirmək
niyyətində olduqlarını bildirib. Görüşün sonunda nümayəndə heyətinin başçısı Cemal
Yanğın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa haqqındakı kitabı prezident Ersin
Tatara hədiyyə edib.
Səfər çərçivəsində ATİB nümayəndə heyətinin Şimali Kıpr Nazirlər Kabineti
yanında Kipr Türk İnvestisiya və İnkişaf Agentliyinin direktoru Ebru Kaptan Sertoğlu,
Kipr Türk Sənaye Palatasının sədri (KTSO) Əli Kamacıoğlu, Xarici işlər naziri Tahsin
Ertuğruloğlu, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ekologiya naziri
Fikri Ataoğlu, İqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu, Kənd Təsərrüfatı və Təbii
Sərvətlər Naziri Dursun Oğuzla keçirdiyi görüşlərdə qarşılıqlı maraq doğuran məsələr
müzakirə edilib.
ATİB nümayəndə heyətinin səfər proqramına uyğun olaraq Kipr Türk Ticarət
palatasının sədri Turgay Deniz və idarə heyətinin geniş tərkibli üzvləri ilə keçirilən
görüşdə Palatanın sədri Turgay Deniz Azərbaycanla turizm,kənd təsərrüfatı və diğər
sahələr üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi. ATİB idarə heyətinin
sədri Cemal Yanğın məlumat veribki, 70 il sosialist iqtisadi sistemində olmasına
baxmayaraq, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi
sahədə də davamlı islahatlar apararaq bazar iqtisadi sisteminə keçdi və buğün
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı davam edir. Görüşün sonunda ATİB-lə
Kipr Türk Ticarət Palatası arasında əməkdaşlıq protokulu imzalanıb.
Daha sonra ATİB nümayəndə heyəti Yaxın Doğu Universitenində oldublar və
Universitetin İnnovvasiya Mərkəzi tərəfindən istehsal edilən “Günsel” avtomobilləri ilə
tanış ediliblər. Ü niversitetin prorektoru Doç.Dr Murat Tuzinkan,yerli istehsal olan bu
elektrik avtomobillərinin texniki göstəriciləri baradə ətraflı məlumat verərək bildirib
ki,yaxın gələcəkdə satışa çıxarılacaq bu avtomobillərin qardaş Türk Respublikalarında
da zavodlarının qurulması nəzərdən keçirilir.
ATİB nümayəndə heyəti ŞKTR-a səfərləri çərcivəsində Kipr Türklərinin öndəri
Dr. Fazil Küçükün və ŞKTR-nın qurucusu,ilk prezidenti Rauf Raif Denktaşın
məzarlarını ziyarət ediblər. Kipr Türklərinin öndərlərinin əziz xatirələri anılıb və
məzarları üzərinə tər güllər düzülüb
Vətəninfo.az


























