image-reklam-veteninfo
image-1backend

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

image-reklam-veteninfo

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında iki dövlətlərarası sənəd imzalanıb.

Bu barədə Vətəninfo.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”i, habelə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyiblər. İmzalanan sənədlərin humanitar əlaqələrin asanlaşdırılmasına, eləcə də turizm, biznes, iqtisadiyyat və enerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Qeyd edilib ki, imzalanan sənədlərin humanitar əlaqələrin asanlaşdırılmasına, eləcə də turizm, biznes, iqtisadiyyat və enerji sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Medial




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki