image-indirbackend

“Azərbaycana belə bir görüş lazım deyildi” – Millət vəkili

image-reklam_sirab_01

“Azərbaycana belə bir görüş lazım deyildi. Məhz buna görə də rəsmi Bakı bu görüşdən imtina etdi”. – Vətəninfo.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, bu görüşü Avropa ölkələri təşkil etmişdilər, amma nədənsə Türkiyənin bu görüşdə iştirakına icazə verilmədi.

“Avropanın liderlərinin Türkiyənin bu görüşdə iştirakını əngəlləməsi Azərbaycanın da bu görüşdən imtina etməsinə şərait yaratdı. Aydındır ki, orada iştirak edən ölkələrin çoxu Ermənistanın himayədarı idi. Biz öz haqqımızı özümüz əldə etmişik. Qarabağda Azərbaycan bayrağını dalğalandırmışıq” -deyə Cavanşir Feyziyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image