Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 8 şəhid ailəsinin evini qazla təmin edib.
Veteninfo.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan şəhid ailələri “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevə müraciət edərək fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər. Baş direktorun göstərişi ilə İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin Xaçmaz xidmət sahəsi həmin müraciətin icrası istiqamətində işlərə başlayıb. Qısa müddətdə hər bir fərdi yaşayış evi təbii qazla təmin edilib və sayğac quraşdırılıb.