Gələn il Azərbaycanın dövlət büdcəsindən ali məktəblərə 56,6 milyon manat vəsait ayrılacaq.
Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olummuş proqnozu ilə müqayisədə 3,5% çoxdur.
Vəsait Bakı Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinə, ADA Universitetinə, Prezident yanında İdarəçilik Akademiyasına, Milli Aviasiya Akademiyasına, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına, İ.M.Seçenev adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, yönəldiləcək.