Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 16 milyon manatı və yaxud 0,1%-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar hesabına təmin ediləcək.
Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 45,5% çoxdur.
Kəskin artıma səbəb gələn il dövlət əmlakları üzrə icarə haqlarının, eləcə də minimum tariflərin artırılmasıdır.