image-1backend

Azərbaycanda fəxri adlar ləğv oluna bilər? – Komitə sədrindən açıqlama

image-reklam_sirab_01

“Fəxri adların ləğv edilməsi gecikmiş məsələdir. Tanınmış sənət adamları bu məsələyə münasibət bildirməlidir”.

Bunu “Unikal”a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu, böyük xəstəliyə, rəqabətə çevrilməkdədir:

“Bəzən haqqı çatan insanlar bu adı almır, amma layiq olmayanlar alır. Müəyyən problemlər buradan qaynaqlanır. Bu, bir az da subyektiv dəyərləndirmə ilə bağlı məsələdir. Məncə, standartları qaldırmaq lazımdır ki, həmin standartlara uyğun gəlməyən adamlara bu adlar verilməsin. Neçə illərdir standartlar aşağı salınıb. Ona görə də çətinlik burada yaranır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image