Gələn il Azərbaycanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Naxçıvan MR-nın büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə qaytarmaq şərti ilə ssuda verilməsi üçün vəsait nəzərdə tutulmayıb.
Veteninfo.az-ın xəbərinə görə, bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.