image-376712_res_01-1backend

Azərbaycanda özəl orta məktəblər iki gün əyani dərs keçməyə imkan tapıb…

image-reklam_sirab_01

Azərbaycanda sentyabrın 1-dən beynəlxalq özəl orta təhsil müəssislərində dərslər əyani şəkildə başlasa da, sonradan dayandırılıb. Bildirilir ki, dərslər sentyabrın 3-dək davam edib.Sentyabrın 3-də Təhsil Nazirliyi tərəfindən məktəblərdə ənənəvi tədrisin dayandırılması, dərslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına qədər onlayn keçirilə biləcəyi barədə təlimat göndərilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  bildirib ki, (APA) özəl və dövlət orta təhsil müəssisələrində tədris eyni qaydada olmalıdır: “Bu səbəbdən də Təhsil Nazirliyi tərəfindən müvafiq göstəriş verilib ki, özəl məktəblərin ənənəvi qaydada fəaliyyətə başlaması mümkün deyil. Bütün məktəblər üçün qaydalar eyni olmalıdır”.

Pandemiya ilə əlaqədar məktəblərdə tədrisin hansı formada keçiriləcəyinə dair qərarın bu həftə veriləcəyi gözlənilir. Gündəlik yoluxma sayının yüksək olduğu bir vaxtda əyani tədrisin başlaması ilə bağlı tərəddüdlər var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki