image-investment_projects_091219_-1backend

Azərbaycanda xarici investisiyaların qorunması

image-reklam_sirab_01

İnvestisiya qoyuluşlarının iqtisadi səmərəliyinin artırılması mühüm tədbirlərdəndir. Onun təmin edilməsi bir çox problemlərin həll edilməsini tələb edir ki, onlardan 2 ən vacibini ayıra bilərik:

-əlverişli investisiya mühitinin tışkil edilməsi üçün ümumi tədbirlərin keçirilməsinin vacibliyi. Bu tədbirlərin reallaşdırılması nəticə olaraq investisiya qoyuluşunun çoxalmasına gətirib çıxarır.

-investisiya qoyuluşlarının konkret bir istiqmətdə texniki təminatının yaxşılaşdırılması. Başqa sözlə desək, xarici investisya qoyuluşlarında yeni standartlara cavab verən texnologiyalara və texnikaya üstünlük verilməsinə cəhd edilməlidir.

İnvestisiyanın iqtisadi səmərəliyinin müəyyən olunması konkret bir metodologiyaya əsaslanır. Keçmiş ittifaq zamanında iqtisadiyyatda kapital qoyuluşlarının bölünməsində plan metoduna əsaslanmış olan metodika fəaliyyət göstərmiş və həmçinin, onun əsasında çox miqdarda metodiki sənədlər hazırlanmışdır. Bu qoyuluşların müəyyən edilməsinin geniş yayılan həmin metodikası müxtəlif cür istehsal məsrfələrinə və təyinatının həcminə əsaslanırdı. Həmin metodikaya əsasən qoyuluşların ən ideal variantı, onun sayəsində gələcək müəssisənin məhsulunun miqdarı ilə tikintiyə sərf edilən qoyuluşun həcmi səmərəlilik əmsalı ilə müəyyən olunurdu.

XX əsrin 70-ci illərində qoyuluşların iqtisadi əhəmiyyətliliyinin müəyyənləşdirilməsinə yeni yanaşma yaranmağa başlamışdır. Artıq iqtisadi əhəmiyyətliyin müəyyən olunmasında qeyri-stehsal sahələrinə əsaslı şəkildə vəsait qoyuluşlarının, digər sahələrin inkişafına ekoloji təsir hesabatlarının istifadə edilməsinə başlanılmışdır. Başqa sözlə desək, kapital qoyuluşlarının iqtisadi əhəmiyyətliliyinin obyektiv müəyyənləşdirilməsinə kompleks və tam yanaşma forması müəyyən olunmuşdur. Bu metodika qoyuluşların variantlarının seçilməsində əhəmiyyətli rol oynamışdır. Bu, həmin dövr üçün o qədər də asan bir iş deyildi. Ancaq, sonralar iqtisadi sistemdə yaranan ciddi fərqlər, xarici investisiya qoyuluşunun iqtisadi səmərəliyinin müəyyən olunmasında qabaqcıl dünya təcrübəsinə sahiblənməyi zərurətə çevirmişdir. İndiki zamanda investisyaların səmərəliliyinin müəyyən edilməsi hər bir ölkə üçün vacib bir məsələdir. Perespektiv inkişafın təmin edilməsində investisiyaların əhəmiyyəti onların yaratmış olduğu sosial-iqtisadi efektlə sıx əlaqədardır. BMT-nin Əməkdaşlıq və İnkişaf Təşkilatının beynəlxalq investisiyalara aid ən son hesabatında xarici investisyaları beş qrupda təsnifləşdirilmişdir:

  1. investisiya qoyuluşlarının və maliyyə mənbələrinin artırılması;
  2. daha mütərəqqi olan yeni texnologiyaların və texnikanın tətbiq edilməsi və inkişafı;
  3. ixrac potensialının artırılması;
  4. məşğulluq səviyyəsinin yüksəldilməsi;
  5. ətraf mühitin qorunmasında müsbət təsir.

Azərbaycan iqtisadiyyatına Beynexlaq Xarici Investisiyanin daxilinə 1995-ci ildən etibarən başlanıldığını deyə bilərik. 1991-ci ildə müstəqilliyin bərpasından sonrakı illərdə müşahidə edilən siyasi formalı sabitsizliyin 1994-cü ildə aradan götürülməsi, Qarabağ müharibəsində atəşkəsin elan olunması, əsasən də 1994-cü ilin sentyabr ayında ölkənin birinci beynəlxalq neft sazişi “Azəri-Çıraq-Günəşli” yə əsasən Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması ölkəyə BXİ-nın gəlməsinə şərait yaratdı.

2000-2017-ci illər ərzində ölkəyə daxil edilən investisiyanın 29.2 mlrd. dolları Azərbaycanın və ayrı-ayrı dövlələrin beynəlxalq maliyyə və kredit təşkilatlarından cəlb olunan maliyyə kreditləri, 77.8 mlrd. dolları birbaşa xarici investisiyalar, 217.7 mln. dolları neft bonusu, 13.4 mlrd. dolları digər investisiyalar olmuşdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki