image-1backend

Azərbaycandan Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə 

image-reklam_sirab_01

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”.

Qeyd edək ki, müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan-Serbiya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir. Strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.

“Bugünkü mərasim dostluq mərasimidir, strateji tərəfdaşlıq mərasimidir” – deyən Prezident bunun Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə olduğunu diqqətə çatdırıb: “Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim – interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”.

Bu gün Azərbaycan Avropa İttifaqının bir çox sahələrdə uğurlu əməkdaşlığı var. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır. Enerji sahəsində fəal əməkdaşlığın on beş ildən artıq tarixi var. 2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəd ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynadı. Bu sənədin imzalanması bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirmək istəyir.
Müasir dünyamızda enerji təhlükəsizliyi vacib məsələlərdəndir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq öz nəticələrini verir. Anlaşma Memorandumu əsasında Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artacaqdır. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Xüsusi olaraq qeyd edək ki, ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatçıdır. “Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir” – deyə Prezident bildirib. Dövlət başçımız onu da bildirib ki, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir: “Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər”.

Bütün bunlar Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsinin təkcə iqtisadi yox, həm də mühüm siyasi əhəmiyyətə malik olduğunu göstərir.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki