image-729ce607-da87-4c6b-82bb-22c2ab4e0e0b_850backend

Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbulu başlayıb

image-reklam_sirab_01

Avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Veteninfo.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.

Fimlər Komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki