image-34edb945-d9de-365c-aaa3-8322f9a758de_850backend

Azərbaycanın 2 güləşçisi dünya çempionatının finalına yüksəlib

image-reklam_sirab_01

Azərbaycanın 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

55 kq-da Fəraim Mustafayev və 80 kq-da İsmayıl Rzayev qızıl medal uğrunda yarışacaqlar. Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, hindistanlı Surac Surac və türkiyə Alperen Berberlə üz-üzə gələcəklər.

48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.

Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki