Azərbaycanın daha bir cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
60 kq çəki dərəcəsindəki Nurlan Kəriml finalda niderlandlı Cokhem fan Hartenə məğlub olaraq, 2-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl 48 kq-da Könül Əliyeva və 55 kq-da Murad Əliyev gümüş medal əldə edib.