image-img-20230317-wa0095backend

Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi

image-reklam_sirab_01

Prezident İlham Əliyevin martın 13-də Almaniyaya işgüzar səfəri baş tutub. Dövlət başçımız Almaniya Prezidenti, Federal Kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın 30-a yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı Münxendə keçirilən görüşü xatırdadıb: “Biz üç həftə bundan əvvəl Münxendə görüşmüşdük. Beləliklə, bu, biraydan az müddətdə mənim Almaniyaya ikinci səfərimdir. Bu dəfə mən Almaniyaya Kansler Olaf Şoltsun dəvəti ilə gəlmişəm. Sabah mənim Prezidentlə və Kanslerlə görüşlərim olacaq və əlbəttə, biz siyasi gündəliyə aid məsələlərlə birlikdə, sözsüz ki, ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanlarını da müzakirə edəcəyik”.
Dövlət başçısı ölkəmizin iqtisadi cəhətdən müstəqil olduğunu deyərək bildirib ki, məhz buna görə də Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənmək imkanını verdi: “Azərbaycanın inkişafı bizə öz resurslarımıza güvənməkimkanınıverdi.Ölkəiqtisadi cəhətdən müstəqildir və bu da hökumətimizin ən əsas hədəflərindənbiri idi.Biz, əslində, beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrəyik və yeni kreditlər götürməyi planlaşdırırıq”.
Dövlət başçımız bildirib ki, artıq ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb: “İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb.Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızıgenişləndirməyiplanlaşdırırıq”.
Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsininplanlaşdırıldığını vurğulayaraq bildirib: “Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var”.
Bir sözlə Azərbaycan-Almaniya münasibətlərinin və əməkdaşlığının inkişafı baxımından Azərbaycan Prezidentinin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə üç saata yaxın davam edən uğurlu görüşləri bir daha dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu.

Aysel Mənsimova – politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki