Azərbaycan Prezidentinin böyük bir auditoriyası olan “China Global Television Network” televiziya kanalında erməniləri ifşa edən fikirlər səsləndirməsi mühüm əhəmiyyət kəsb edir
Hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün ölkə olaraq əsasən Rusiya və ABŞ vasitəçilik edir. Lakin Ermənistanın hər zamanki qeyri-konstruktiv mövqeyi bu prosesi ləngitməkdədir. Belə bir halda ancaq Ermənistana öz mövqeyində dəyişiklik etməsi üçün təzyiq göstərilməsinə ehtiyac var. Əgər bu addım atılmasa Moskva və Vaşinqtonun vasitəçilik səyləri nəticəsiz qalacaq. Prezident İlham Əliyev 22 iyul tarixində “China Global Television Network” televiziya kanalına müsahibəsində deyib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir: “Azərbaycan sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladı. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Sülh müqaviləsi həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”. Bu gün Ermənistan, Qarabağdakı qondarma rejim, eləcə də erməni lobbisi Xankəndində yalançı böhran adı ilə gərginlik yaradır. Elə bu kimi fəaliyyətlər də sülh proresini tormozlayır. Ermənilərin bu timsah “göz yaşları” həm də siyasi və tarixi faktorlardan qaynaqlandığını qəbul etmək çox vacibdir. Çünki onlar ötən əsrin 80-ci illərinin sonlarında da beynəlxalq aləmə belə bir şou göstərmişdirlər. İndi eyni ssenarini Xankəndində mitinq keçirməklə davam etdirirlər. Prezident İlham Əliyev müsahibəsində ermənilərin bu kimi böhtaçı əməllərinə cavab olaraq bildirib ki, bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb: “Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar”. Dövlətmizin başçısı bu fikirləri ilə Azərbaycanın tolerantlığını önə çəkir. Bununla ermənilərlə bizim xalqın etnik probleminin olmadığını əsaslandırır. Azərbaycan Qarabağ ermənilərinin də təhlükəsizliyini qorumaq iqtidarındadır. Lakin bunun əksinə olaraq Xankəndindəki separatçı rejim Qarabağ ermənilərini Azərbaycana qarşı təxribat yaratmağa sövq edir. Sanki onları girovluqda saxlayır. Əlbəttə ki, bu, Ermənistan dövlətinin də marağındadır. Bu baxımdan Ermənistan dövləti tərəfindən dəstəklənən anti-Azərbaycan təbliğatının davam etdirilməsi diqqətdən kənarda qala bilməz.
Ermənilər dünyanın diqqətini özlərinə çəkmək üçün hər cür saxtakarlığa əl atırlar. Onlar dünyanı yenə də aldadaraq tanınmış şəxslərin güya “böhran”la bağlı çıxışını təşkil edirlər. Bu da xaricdəki erməni lobbisinin ənənəvi işidir. Dövlətimizin başçısı müsahibəsində ermənilərin bu kimi əməllərini də ifşa edərək bildirib ki, Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisi böyük infrastruktura malikdir: “Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar”. Lakin dünya əvvəlki dünya deyil. Bu yalançı “maarifləndirmə”nin heç bir faydası yoxdur. Artıq dünya Azərbaycanın gücünü bilir. Tarixi faktlar, erməni vandalizmi dünyanın gözü qarşısındadır. Qarabağda azərbaycanlıların həyati əhəmiyyət kəsb edən faktlar nümayiş olunur. Bütün dünya artıqnQarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bilir. Azərbaycan dövləti və xalqının birliyi Vətən müharibəsində Qələbəmizin əsas hərəkətverici qüvvəsi oldu. Azərbaycan hər zaman olduğu kimi Vətən müharibəsi günlərində də ədalətli mövqe nümayiş etdirdi. Bizim ordumuz başqa bir dövlətin ərazisinə heç bir müdaxilə etmədi. Müharibə Azərbaycan torpaqlarında gedirdi. Və Azərbaycanın məqsədi işğalçıları öz torpaqlarından çıxarmaq idi. Və bunda da nail oldu. Cənab Prezidentin “China Global Television Network”a müsahəsində “öz ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq” deməklə beynəlxalq aləmə bir daha dövlətimizin məqsəd və məramını bəyan edir. Dövlətimizin başçısı bu fikləri ilə dünyaya bildirmək istəyir ki, biz haqlı mübarizə aparmışıq. Biz təcavüzə uğrayan dövlətik və işğlaçları öz torpaqlarımızdan qovmuşuq. Kimsənin torpağında gözümüz yoxdur. Artıq Azərbaycan öz ərazi bütövlüyün bərpa edərək, bu ərazilərdə mövqeyini gündən-günə daha da möhkəmləndirir.
Böyük auditoriyası olan belə bir televiziya kanalında Azərbaycan Prezidentinin müsahibəsi və ermənilərin işğalçılıq siyasətini, təcavüzkarlığını ifşa edən fikirlər səsləndirməsi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin qalib ölkənin rəhbəri olaraq müsahibədə çıxışı qürurlandırıcıdır. Bu müsahibə Azərbaycanın Çin auditoriyasına yeni imicinin və gücünün təqdim edilməsi baxımından da önəmlidir.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent