image-mecid-resulov-140backend

Azərbaycanın regionda və beynəlxalq arenada mövqeyini daha da möhkəmlənir

image-reklam_sirab_01

 

 

Azərbaycan regionda oz mövqeyini gücləndirməkdə davam edir. Uzun illər davam edən məqsədyönlü uğurlu xarici siyasət özünü göstərməkdədir. Möhkəm təməl üzərində qurulan, olduqca gərgin əməyin nəticələridir ki, regionda əsas layihələr, strateji əməkdaşlıq məsələləri məhz cənab Prezident İlham Əliyevin iştiraki ilə baş tutur. Uzun illərdir türk birliyinə nail olmaq üçün aparılan işlərdə də açar rolunu məhz Azərbaycan oynayır. Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır.

Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş etmişdir. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Mövcud beynəlxalq vəziyyətə nəzər salsaq, görərik ki, türk birliyinin güclənməsi tarixi zərurətə çevrilmişdir. Dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb.

Azərbaycan türk dövlətləri ilə ikitərəfli səviyyədə sıx əməkdaşlıq edir. Bütün bu məsələrin fonunda 14 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfər edib. Üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı.

Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi Türk Dövlətləri Təşkilatı dövlətləri arasında mövcud güclü  birliyin, həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcək və türk dünyasının birləşməsi prosesində irəliyə doğru çox mühüm addım olacaq. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər Türk Dövlətləri Təşkilatı  daxilində  hərtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına töhfə verəcək. Bunun üçün türk dövlətlərinin sosial, iqtisadi, mədəni və mənəvi birliyinin güclənməsi şərtdir. Artıq bu istiqamətdə əməli addımlar atılır. Təşkilatın sıraları genişlənir, siyasi, iqtisadi və mədəni əlaqələr davamlı olaraq genişlənir. Burada Azərbaycan və Türkiyənin rolu kifayət qədər böyükdür.  Zəngəzur dəhlizinin önəmi xüsusilə diqqət mərkəzində oldu. Zəngəzur dəhlizinin açılması Türk dünyasını coğrafi cəhətdən birləşdirəcək ki, bu amil türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələri gücləndirəcək.

Bununla da TDT regional birlikdən qlobal güc mərkəzinə çevrilə bilər. Hesab etmək olar ki , bu  qaçılmaz prosesdir. Belə olduqda isə TDT gələcəkdə daha çox beynəlxalq səviyyəli humanitar və digər xarakterli təşəbbüslərlə çıxış edəcək. Bütün bunlar isə Türk Dünyasının qlobal səviyyədə yerini möhkəmləndirəcək və rolunu artıracaq . Bunun üçün dövlətlərarası hərtərəfli sıx əməkdaşlıq inkişaf etdirilməlidir. Azərbaycan türk dövlətləri ilə cox sıx əməkdaşlıq edir. Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə catdırmışdır.

2017-ci ildə Azərbaycan və Türkmənistan arasında Bəyannamə imzalanaraq münasibətlərimiz yeni səviyyəyə yüksəlmişdir. Bütün bunların davamı olaraq, dekabrın 14-də Türkmənbaşı şəhərində Prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Əvvəlcə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan dövlət başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edildi. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”i Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Atdayev, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının Ticarət naziri Mehmet Muş imzaladılar. “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”nı Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nurməhəmməd Amannepesov, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının Xarici işlər naziri Mövlud Çavuşoğlu imzaladılar.

Cənab Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional əməkdaşlığa, nəqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Bütün bu amillər Azərbaycanın regionda və beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirir. Təbii ki,  bu uğurlar və qarşılıqlı inam şəraitində  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.

 

 

Məcid Rəsulov

Bakı şəhəri 140 nömrəli tam orta məktəbin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki