image-1backend

Azərbaycanla əməkdaşlığa xitam verilməsi ABŞ-ın maraqlarına ziddir – Metyu Miller

image-reklam_sirab_01

“Bakı ilə əməkdaşlığa xitam verilməsi Vaşinqtonun maraqlarına və regionda sülhə ziddir. ” –Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinq zamanı bildirib.

O vurğulayıb ki, ABŞ rəsmiləri heç vaxt Azərbaycanla əməkdaşlığı dayandırmaq haqqında danışmayıblar.

“Biz hesab edirik ki, Azərbaycanla bütün diplomatik münasibətlərimizə birbaşa xitam verilməsi regionda sülh və təhlükəsizlik maraqlarına ziddir. Məsələn, narahatlığımız olan Azərbaycan məsələsinə aydınlıq gətirmək üçün biz həm Azərbaycan, həm də Ermənistanla birbaşa əməkdaşlığı davam etdiririk…” deyə Miller bildirib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi rəsmi Bakı ilə əməkdaşlığı davam etdirdiklərini vurğulayaraq, onları rəsmi İrəvanla sabit sülh üçün səy göstərməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki