image-saygacbackend

“Azərişıq”dan şəhid analarına DÖZÜMSÜZLÜK: “İki gündən bir qapıya gəlib hədələyirlər” – ŞİKAYƏT / VİDEO

image-reklam_sirab_01

“Azərişıq” ASC 4 şəhid anasını borca görə məhkəmə ilə hədələyir.

Bu barədə Yenicag.az-a şəhid anası, Xocalı soyqırımı zamanı əsirlikdə olmuş Məmmədova Narxanım Heydərəli qızı məlumat verib.

Mövzuya girməzdən əvvəl bildirək ki, Narxanım Məmmədovanın Xocalı soyqırımı zamanı həyat yoldaşının və oğlunun başı kəsilib, bir həftə isə özü işgəncələrə məruz qalıb. Narxanım Məmmədovanın sağ qalan ailə üzvləri 1992-ci ildə Qobustan rayonu Mərəzə qəsəbəsində məskunlaşıblar.

Narxanım Məmmədovanın sözlərinə görə, “Azərişıq” ASC onu köhnə illərdən qalan borca görə məhkəmə ilə hədələyir:

“Köhnə illərdən işıqpulu borcu qalıb, onu “Qaçqınkom” ödəməli olduğu halda bundan imtina edir. “Çörəkpulu”olaraq verilən pulu hər ay işığa ödəyirik. Köhnədən qalan 500 manatlıq borca görə “Azərişıq” ASC-nin işçiləri iki gündən bir qapıya gəlib, hədə-qorxu gəlir, məhkəməyə verəcəklərini deyir. “Qaçqınkom” ödəməli olduğu pulu ödəmir, nə də imkan vermirlər ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun qəbuluna girək.

“Azərişıq” ASC-dən Hüseynqulu adlı bir nəfərlə əlaqə saxlaya bilirik. O da bizi aldadır. Rayondakı rəhbərlik də yalandan vədlər verir, ay tamam olan kimi yenə qapıya gəlirlər “.

Narxanım Məmmədova bildirib ki, “Azərişıq” ASC işçiləri onu bezdirib:

“4 şəhidim var. 44 günlük Vətən Müharibəsində də “şəhid pulu”nu orduya köçürmüşəm. “Azərişıq” ASC işçiləri gəlib “reketçilik” edir, rəhbəri ilə də görüşmək istəyirəm, ona da imkan vermirlər. Dərdimizi kimə deyək bilmirəm”.

“Qaçqınkom”un ödənişi etməməsinə gəldikdə isə, Narxanım Məmmədova deyib ki, qurumlar ötür-ötür edir. “Mənə gah o qurumun üstünə göndərirlər, gah da bu qurumun üstünə göndərirlər, 500 manata görə qurumlar mənimlə ötür-ötür oynayırlar”, – Narxanım Məmmədova deyib.

Şəhid ailəsinin tək istəyi “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovla görüşməkdir.

“Azərişıq” ASC-dən Yenicag.az-a verilən məlumatda məsələnin araşdırılacağı bildirilib.

Video Oynadıcı

00:00
00:57
Video Oynadıcı

00:00
00:41
Video Oynadıcı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki