image-f61d31b9-5962-484f-ae3c-e309bad04644-1backend

Bakı Ali Neft Məktəbi və PAŞA Həyat arasında Əməkdaşlıq Memorandumu imzalanıb

image-reklam_sirab_01

Bakı Ali Neft Məktəbi (BANM) və “PAŞA Həyat Sığorta” ASC arasında gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair Memorandum imzalanıb. Tərəflər arasında əməkdaşlıq onların fəaliyyət sahələri və səlahiyyətləri çərçivəsində olan məsələləri əhatə edir.image-c924ca60-77bb-45ad-bc36-b95ab0f59800 image-fde5721e-a4a8-4adb-b052-133346febb26-1

6 avqust 2021-ci il tarixində imzalanmış Memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, Ali Məktəbin tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu istiqamətdə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır. Eyni zamanda, Ali Məktəbin tələbə kontingenti üçün Şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının, tələbələr üçün sınaq iş müsahibələrinin keçirilməsi, istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil olunması və şirkətin əməkdaşlarının Ali Məktəbdə qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi planlaşdırılır.image-72da92df-0bea-48f8-b0ee-4357a8f66585 image-4833cdc0-3b55-449c-afc2-03f5f030dc95

 

Memorandumda Şirkət tərəfindən müəyyənləşdirilmiş kateqoriyalara məxsus tələbələrin sertifikasiya və ya digər təhsil xərclərinə sponsorluq edilməsi, Ali Məktəb tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi öz əksini tapır. Əməkdaşlıq sazişində Ali Məktəb tələbələrinin Şirkətin təşkilatçılığı ilə Şirkətin ofis binasına və ya başqa məkanlara turların, habelə digər informativ ekskursiyaların, müxtəlif müsabiqələrin təşkil edilməsi də nəzərdə tutulur. Bütün bunlar “PAŞA Həyat”ın işə götürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır.

 

Əməkdaşlıq sazişini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki