Bakıda Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.
Vətəninfo.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva direktor vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Ağayeva bu vəzifəyə 2020-ci ilin iyul ayında təyin olunmuşdu.
O, əvvəl 214 nömrəli tam orta məktəbin direktoru olub.
Vətəninfo.az-a daxil olan məlumata görə Esmira Ağayevanın bu məktəbdəki 5 illik missiyası başa çatıb. Esmira Ağayeva bundan sonra Yasamal rayonunda yerləşən 158 saylı məktəbə rəhbərlik edəcək.