image-reklam-veteninfo
image-1backend

Ulduz futbolçu PSJ ilə yollarını ayırdı

image-reklam-veteninfo

“Pari Sen-Jermen” uzun illər heyətində çıxış edən müdafiəçi Presnel Kimpemb ilə yollarını ayırıb. Vətəninfo.az xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, fransalı futbolçu Qətər klubu  ilə müqavilə imzalayıb.

Kimpemb PSJ akademiyasına hələ 2005-ci ildə qoşulub, əsas komandada isə debütünü 2014-cü ildə edib. O, Paris təmsilçisinin heyətində ümumilikdə 241 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə edib və 31 dəfə kapitan sarğısını daşıyıb.

Müdafiəçi PSJ tarixində ən çox titul qazanmış üçüncü oyunçudur: onun hesabında 8 Fransa çempionluğu, 7 Fransa kuboku, 6 Superkubok, 5 Liqa kuboku və 1 UEFA Çempionlar Liqası kuboku var.

Xatırladaq ki, Kimpemb 26 fevral 2023-cü ildə “Marsel”lə səfər oyununda Axil vətərinin qopması səbəbilə ağır zədə almışdı. Futbolçu iki dəfə əməliyyat olundu və iki il yaşıl meydanlardan uzaq qaldı. Uzun fasilədən sonra qayıtsa da, PSJ-nin əsas heyətində yer uğrunda mübarizə aparmaq imkanını itirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki