image-004backend

Bakıda 27 Sentyabr – Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

image-reklam_sirab_01

27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral avtomobil yolunun kənarındakı geniş sahədə ağacəkmə aksiyası keçirilib. Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı Asan könüllüləri də iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı Abşeronun iqliminə uyğun 3000-dən çox Eldar şamı, kiparis və digər ağaclar əkildi. İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün suvarma sisteminin quraşdırılması nəzərdə tutulub və əraziyə cavabdeh şəxslər müəyyən olunub.

Anım gününə həsr edilən ağacəkmə aksiyaları paytaxtın digər rayonlarında da təşkil edilib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki