“Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli vətəndaşların ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Bu, bir tərəfdən Azərbaycan dövlətinə qarşı ermənilərin apardığı kampaniyaların, “humanitar fəlakən yaradırlar”, “etnik təmizləmə aparırlar”kimi iddiaların əsassız olduğunu göstərir, digər tərəfdən də dövlətimizin öz vətəndaşlarına diqqət və qayğısını nümayiş etdirir. Cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycandakı ermənilərin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq”. Vətəninfo.az xəbər verir ki, bunu Ramin Əhmədov bildirib. Ramin Əhmədov qeyd edib ki, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb: “Buna görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar”. Qarabağ ermənilərinə göndərilmiş humanitar yardım Cənab Prezidentin fikirlərinin arxasında praktik addımların dayandığını göstərir.
O da xüsusi məqamdır ki, Bakıdan göndərilən humanitar yardım karvanı Ağdam- Xankəndi yolu ilə hərəkət edəcək. Əgər separatçılar yüklərin qəbul olunmasına imkan verməsələr bu, “humanitar fəlakət” kampaniyasının əslində boş və yalan iddialara söykəndiyini bir daha isbat etmiş olacaq. Bundan sonra ermənilərin deməyə sözləri qalmayacaq”.
Vətəninfo.az