image-reklam-veteninfo
image-1backend

Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq

image-reklam-veteninfo

Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, marşrut üzrə səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək. 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki