image-05-16backend

Bakının böhranın həlli istiqamətindəki rolu-Qərb ilə Rusiya arasında

image-reklam_sirab_01

 

 

Bakı Qlobal Forumunu tam haqlı olaraq qlobal məsələlərin müzakirə edildiyi əsas məkanlardan biri adlandırmaq olar. X Bakı Qlobal Forumu həm də ona görə unikaldır ki, o, dünya modelinin əsaslı şəkildə yenidən qurulması, transformasiyası dövründə, soyuq müharibə başa çatandan sonra Şərq ilə Qərb arasında ən ciddi qarşıdurma dövründə keçirilir. Azərbaycan bu gün ölkələrin üzləşdiyi iqtisadi, siyasi və humanitar böhranların aradan qaldırılması üçün qlobal əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.

Martın 9-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə başlanmış “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda 61 ölkədən 360 nümayəndə, o cümlədən 4 prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 strukturunun rəhbərləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edir.

Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhlükə doğuran amillər, o cümlədən təhlükəsizlik və sülhün təmin edilməsi perspektivləri, qütbləşmiş dünyada sabitliyin bərqərar olması, onun qlobal sülhə təsiri məsələləri nəzərdən keçirilib, bəşəriyyətin üzləşdiyi təhdidlərin həlli yolları müzakirə olunub, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, o cümlədən iqlim, nüvə və ərzaq təhlükəsizliyi kimi məsələlərə toxunulub, postpandemiya dövründə qarşıda duran işlər barədə fikir mübadiləsi aparılıb. Əsas müzakirə mövzuları arasında yoxsulluğun, qeyri-bərabərliyin, iqlim böhranının və münaqişələrin simptomu olan miqrasiyanın qarşısının alınması məsələsi də var. Forum iştirakçıları panel iclaslarında Avropanın gələcəyi barədə fikir mübadiləsi aparıblar.

Öz ölkəsi, öz xalqı haqqında düşünmək, lakin bu halda başqa ölkələrin də inkişafına xidmət edən təşəbbüslər irəli sürmək – Azərbaycanın lideri İlham Əliyevə xas olan nadir keyfiyyətdir. Azərbaycan Prezidenti artıq beynəlxalq səviyyədə ədalət uğrunda əsl mübariz kimi tanınıb. Xatırlayaq ki, Azərbaycan Ermənistanla münaqişənin sülh yolu ilə nizamlanması üçün 30 ilə yaxın müddətdə nə mümkündürsə etmişdi. Ermənistan öz işğalçı siyasətini davam etdirdiyi, Azərbaycanda isə bir milyona yaxın qaçqın və məcburi köçkün olduğu bir vaxtda da Bakı sülhdən danışırdı. Təəssüf ki, bu çoxillik münaqişəyə məhz müharibə yolu ilə nöqtə qoymaq mümkün oldu, lakin müharibədən demək olar ki, dərhal sonra Bakıda İrəvanla sülh müqaviləsi imzalanmasının vacibliyi, regiondakı bütün ölkələrin xeyrinə olan layihələri inkişaf etdirməyin zəruri olması barədə danışmağa başladılar. Məhz Azərbaycan COVID-19-a qarşı mübarizə məqsədilə vaksinlərin ədalətli bölgüsünü tələb edərək, BMT-nin xüsusi sessiyasının çağırılması ideyasını irəli sürdü. Avropa ölkələri enerji böhranı ilə üzləşəndə Azərbaycan Avropanın köməyinə gəldi. Bu gün Bakı elə bir məkan rolunda çıxış edir ki, orada ölkələr Ukraynada müharibə səbəbindən Qərb ilə Rusiya arasında yaranmış ciddi böhranın həllini tapmağa çalışırlar.

image-leyla-necefova

Leyla Nəcəfova

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond Müdiri

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki