ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpini diktator adlandırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, amerikalı lider belə bir bəyanatla Kaliforniyada kampaniyası üçün ianə toplanması zamanı çıxış edib.
Bayden həmçinin deyib ki, Si Cinpinin fevralın 4-də ABŞ hava məkanı üzərində vurulan Çin casus şarının yeri barədə məlumatı olmaya bilər və o, kursdan çıxıb. Yeri gəlmişkən, ABŞ prezidenti əvvəllər də belə bir ehtimal irəli sürmüşdü.
Buna baxmayaraq, o, yaxın aylarda Si Cinpinlə görüşməyə ümid etdiyini bildirib.
Bundan əlavə, ABŞ dövlət katibi Entoni Blinkenin iyunun 18-19-da Pekinə səfərini şərh edən Bayden Vaşinqtonla Pekin arasında münasibətlərin “düzgün yolda” olduğunu bildirib.