image-1681736287_31ce4ea5-fc18-4b8d-91d0-38905e9ef7c4-1backend

Bayraq yandırmaqla komfortlu illərə qayıtmaq mümkün deyil – Deputat

image-reklam_sirab_01

“Baş verən hadisə erməni cəmiyyətinin mahiyyətini dünyaya nümayiş etdirməsidir. 2018-ci ildən bu yana Nikol Paşinyan dünyaya göstərmək istəyir ki, Ermənistanda sivil dövlət qurur. Amma bu ölkədə 20 ildən çox müddətdə radikal daşnaklar hakimiyyətdə olublar. Həm Robert Köçəryan, həm də Serj Sarkisyan hakimiyyətini daşnaklarla bölüşürdü. İndi Paşinyanın tərəfdarları daşnakları söyürlər, ancaq fakt odur ki, hazırda erməni cəmiyyəti o vaxtkından daha radikal və ədəbsizdir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputatın sözlərinə görə, bayrağı yandıran şəxs Ermənistanın ictimai televiziyasında məsul vəzifə tutur:

“Paşinyanın həyat yoldaşı tez-tez onun istehsal etdiyi geyimləri alır və həmin şəxslə görüşür. Yəni faktiki olaraq bu adam Paşinyanın ailəsinə və yaxın çevrəsinə tanışdır, yad olmayan şəxsdir. Onun bu davranışı bütün Ermənistanın həm dövlət, həm cəmiyyət, həm siyasi düşərgə və media, bütövlükdə bir xalq olaraq aqoniya vəziyyətində çırpınmasının göstəricisidir. Futbol üzrə Türkiyə millisi ilə oyunda da daşnak şüarları qaldırılmışdı. Bu da həmin rəzilliyin əlamətidir. Məntiqlə, əgər bu adam Paşinyana yad deyilsə və belə tərbiyyəsizliyə yol verirsə, deməli, Ermənistanda dövlət aparatı da həm onun durumundadır, həm də onun kimi düşünür.

Bu baxımdan, Azərbaycan dövətinin siyasəti, Prezident İlham Əliyevin güzəştsiz mövqeyi aktualdır, çünki həm zamanla əsaslı olduğunu sübut edir, həm də bu gün faktiki olaraq bütün dünya kimin kim olduğunu başa düşür, görür. Ermənilər düşdükləri bataqlıqdan, dalandan çıxış yolunu bilirlər. Mövcud düşmənçilik, aqressiv yanaşmalarından əl çəkməli və reallığı qəbul etməlidirlər. Bayraq yandırmaqla, gerçəkliyi dəyişib komfortlu illərə qayıtmaq mümkün deyil”.modern.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki