image-1554447924_tahir_rzayevbackend

Baytarlara güzəştlərin verilməsi təklif olunur

image-reklam_sirab_01

Özəl baytarlığın genişləndirilməsi heyvandarlığın inkişafına səbəb olacaq.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi özəl baytarlıqla bağlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə müəyyən güzəştlər olmalıdır: “Bəzən böyük sayda mal-qaraya sahib olan fermerlər baytarlıqdan yararlanmırlar. Burda müəyyən standartlar tətbiq edilməlidir. Özəl baytarlığın tətbiqində könüllülik, rəqabət qabiliyyətinin artırılması əsasında həyata keçirilirsə, daim nəzarət olmalıdır. Öhdəsində on baş iri buynuzlu mal-qarası olan hər fermer müqaviləyə cəlb edilməlidir. Bu qanunvericilikdə də öz əksini tapmalıdır. Fermerlər birləşib baytar həkim işə cəlb etməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki