Xarici təlim keçmiş silahlıların köməyi ilə Belarusda dövlət çevrilişi təşkil etmək cəhdləri onun təşkilatçıları və icraçıları üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz məlumat verib.
“Bu, sirr deyil, məlum faktdır, halbuki biz bunu şəxsən və ətraflı bilirik. Biz bu barədə dəfələrlə danışmışıq, Polşa tərəfinin diqqətini buna cəlb etmişik, lakin onların izahatları tənqidə tab gətirmir”, – deyə Qlaz bildirib.
O vurğulayıb ki, Belarus belə hərəkətləri cinayət və məsuliyyətsiz hesab edir. Şübhə etmirik ki, bu cinayət planlarını həyata keçirməyə cəhd edilərsə, bunun səbəbkarları və təşkilatçıları üçün nəticələri çox acınacaqlı olacaq”.


























