image-iqbal-memmedov-22222backend

Belə cılız hərəkətlərlə Ermənistan heç nəyə nail olmayacaq -İQBAL MƏMMƏDOV

image-reklam_sirab_01

Belə cılız hərəkətlərlə Ermənistan heç nəyə nail olmayacaq

“İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması növbəti erməni vəhşiliyidir”.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.

Deputat qeyd edib ki, döyüş meydanından qaçan ermənilər bu cür ucuz şoylarla gözdən pərdə asmağa çalışırlar:

“Dumanlı havada yolunu azaraq əsir düşən əsgərimizə verilən işgəncədən sonra bayrağımızın yandırılması bir daha Ermənistanın terrorçu ölkə olmasını sübut etdi. Tarix boyu xalqımız müxtəlif zamanlarda erməni vəhşiliyinin qurbanı olub. Təəssüf ki, xalqımıza qarşı dəfələrlə soyqırım aktları törədən erməni vandalları hələ də cəzasız qalmaqdadır. Döyüş meydanından qorxub qaçan erməni vandalları havadarlarına güvənib güc şousu göstərir. Yaxşı olardı ki, ermənilər havadarlarına güvənib bu cür ucuz şoularla Azərbaycanın xalqının qəzəbini artırmasın. Unutmasınlar ki, 30 illik işğala son qoyan və döyüş meydanında başlarını əzən “Dəmir yumruq” hər an işə düşə bilər.

Deputat vurğulayıb ki, havadarlarının sifarişi ilə Ermənistan bu cür təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə çalışırlar:

“Açılış mərasimində Nikol Paşinyanın və digər dövlət nümayəndələrin gözü qarşısında Azərbaycan bayrağının yandırılması növbəti erməni təxribatıdır. Paşinyanın bu cür küçə davranışları Ermənistanın ölkə kimi varlığını şübhə altına atır. Yaxşı olardı ki, Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalasın. Çünki belə cılız hərəkətlərlə Ermənistan heç nəyə nail olmayacaqdır. Bu təxribatlar sadəcə, xalqlar arasında nifrət və düşmənçilik hissləri daha da artıracaq. Bundan da daha çox ermənilər əziyyət çəkəcək”. (sonxeber.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki