Fevralın 24-dən davam edən Rusiya-Ukrayna müharibəsində münaqişələr bəzən Rusiya torpaqlarına da sirayət edir.
Vətəninfo.az xəbər verir ki, son olaraq Belqorod şəhəri Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. Rusiya Müdafiə Nazirliyi PUA-ların məhv edildiyini açıqlayıb.
Nazirlik həmçinin Ukrayna ordusuna silah aparan yük qatarının vurulduğunu açıqlayıb və hücumun görüntüsünü paylaşıb.
Ukraynanın Donetsk şəhərində baş verən qarşıdurmada Ukraynaya məxsus Amerika istehsalı olan 4 ədəd “Stryker” zirehli maşınının məhv edildiyi bildirilib.
Ukraynanın Baxmut şəhərində şiddətli toqquşmalar davam edir. Şəhərə nəzarət hələ də böyük ölçüdə Rusiya qüvvələrinin əlindədir.
Ukrayna Hərbi Hava Qüvvələri bölgədə Rusiyanın iki ədəd “Ka-52” növ helikopterinin vurulduğunu bildirib.
İlk gəmi Rusiya taxıl müqaviləsindən çıxdıqdan sonra öz dəhlizini açdığını elan edən Ukraynadan yola düşüb.
Odessa limanından çıxan müvəqqəti dəhlizdən istifadə edən ilk yük gəmisi Bolqarıstan dənizinə çatıb.
Hadisələri dəyərləndirən NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna ordusu yavaş-yavaş, lakin əminliklə öz ərazisinə nəzarəti bərpa edib.
Müharibədə qalib gələnə qədər Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan Stoltenberq Rusiya prezidenti Vladimir Putinin NATO-nu lazımi səviyyədə qiymətləndirmədiyini bildirib.