image-1677828192_kuiobackend

Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı: JURNALİST HADİSƏ YERİNDƏ

image-reklam_sirab_01
Dünən bəzi xəbər saytlarında “bina əyildi, sakinlər təhlükədə” başlıqlı yaz dərc edilmişdi. 7NEWS.az redaksiyası olaraq əməkdaşımızı həmim əraziyə ezam etdik. İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş Kristal Abşeronun əməkdaşları ilə binaya baxış keçirildi. Yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq – antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki