image-333backend

“Biz gələcəyə baxmalıyıq və baxırıq.”

image-reklam_sirab_01

Beş il öncə – 11 aprel 2018-ci il növbədənkənar prezident seçkisində İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir problemin çözülməsi üçün başlanğıc oldu. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.

Ulu Öndər Heydər Əliyev demişdir ki : «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. 2018-ci il 11 aprel seçkilərində bir daha xalq İlham Əliyevi o Ali kürsüyə seçməklə 30 il həlli mümkünsüz edilən Qarabağımızı «Dəmir yumruq» siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə azad edərək Qələbə Zəfərinə nail olduq. «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir»-deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə və hər il daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Hər zaman çıxışlarında “Mənim sözüm imzam qədər qüvvətlidir”,- deyən Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib.

“Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Vədi ilə andiçmə mərasimində çıxış etdi. 5 illik nəticələrə əsasən bugün Azərbaycan:

  • Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb.
  • Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb.
  • Ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub.
  • Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib.
  • İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb.
  • Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.

2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Bu ölkəmizin iqtisadiyyatı üçün mühüm hadisə olmuşdur.

Ölkədə kənd təsərrüfatı, su təchizatı, yol və nəqliyyat infrastrukturunun sürətlə inkişaf etməyə başlayıb.

Prezident İlham Əliyevin son beş illik fəaliyyəti Azərbaycanın gələcək uğurları üçün əlverişli zəmin rolunu oynamaqla, həm də hərtərəfli inkişafını və müasir dünyamızın qlobal çağırışlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edir, sabahımızın bu günümüzdən daha gözəl və firavan olacağına zəmin yaradır. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir.

Bugün cənab prezidentin düşünülmüş siyasəti nəticəsində dövlət büdcəsi həm sosial rifahın dəstəklənməsində, həm də iqtisadi fəallıq üçün investisiyaların təmin olunmasında aktiv olmuşdur. Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur. Görülən işlər nəticəsində iqtisadi artım bütün vətəndaşların sosial rifahını yaxşılaşdırmışdır. ”Təhsil millətin gələcəyidir” siyasətini layiqincə davam etdirilməsi nəticəsində təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır. Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılmışdır.

Cənab Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Və bugün qalib Azərbaycan və əsrin qalib lideri olaraq İlham Əliyevlə Azərbaycan inamla irəli gedir.

Leyli Rüstəmova

Suraxanı rayonu, 315 nömrəli tam orta

məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki