“Diplomatiyamızın və diasporumuzun fəallaşmasına ehtiyac var. Azərbaycan prezidenti İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibədə əsas tezislərdən biri də “tənbəlləşmək olmaz” idi. Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər. Misal üçün Parisin mərkəzində “Dağlıq Qarabağda erməni irsi təhlükə altındadır” şüarı altında sərgi keçirilir.” -bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Politoloq qeyd edib ki, sərginin təşkilatçıları arasında Paris meriyası da var.
“Biz nəyi gözləyirik? Tutaq ki, ermənipərəst Parisdə Qarabağda dağıdılan məscidlərlə bağlı sərgi keçirmək çətindir, axı Avropada bizə dost dövlər də var, orada niyə sərgi keçirməyək? Bu arada, Ermənistanda səfərdə olan Yunanıstatın xarici işlər naziri deyib ki, Afina “Dağlıq Qarabada erməni irsinin qorunması üçün Avropa İttifaqında və YUNESCO təşkilatında təşəbbüslərlə çıxış edəcək”. Yunanıstana öz vətəndaşlarını bu soyuq qışda evlərini Azərbaycan qazı ilə qızdırmalarıyla bağlı xatırlatmanın vaxtı deyilmi?”-deyə politoloq bildirib.