image-1_11backend

“Biz sağlam həyat tərzini seçirik” mövzusunda  xüsusi karantin qaydalarına riayət edilərək tədbir keçirilib

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul 1344 nömrəli imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2019-2024-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 200 nömrəli Məktəb-Lisey Kompleksində “Biz sağlam həyat tərzini seçirik” mövzusunda  xüsusi karantin qaydalarına riayət edərək tədbir keçirilmişdir. Məktəbin şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının sədri İradə Mahmudova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının  Daimi Fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Milli QHT formunun Prezidenti və Dövlət Komissiyasının  Daimi Fəaliyyət göstərən İşçi Qrupunun üzvü Rafiq Zeyni, 16-cı Polis bölməsinin Polis mayoru – Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor Rəşad İsmayılov, DTX-nin Nərimanov Rayon İdarəsinin əməkdaşı Həsən Salahov, Bakı Şəhər Narkoloji Mərkəzin həkim narkoloqu Pərvin Abbasova, 8 saylı şəhər poliklinikasının nevropatoloqu Jalə Cəlilova və 200 nömrəli Məktəb-Lisey Kompleksinin 10 ç sinif şagirdi Nilgün Məmmədova çıxış etmişlər.

Tədbiri giriş sözü ilə açan RİH-in müavini İradə Mahmudova narkomaniyanın bütün dünyanı narahat edən problemlərdən biri olduğunu qeyd edərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa, zorakılığa və digər neqativ hallara mühit yaratdığını məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərdiyini, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasına, ailələrin dağılmasına səbəb olduğu barədə məlumat verdi.

Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə zərəli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirməsinin əhəmiyyətindən danışmışlar. Tədbir boyunca narkomanlığın ağır fəsadlarından, onun insan sağlamlığına, eləcə də bütünlükdə cəmiyyətimizə vurduğu mənfi təsirlərdən bəhs edildi. Diqqətə çatdırdılar ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həmdə cəmiyyətin inkişafına mənfi təsir göstərir və cinayətkarlığa zəmin yaradır. Tədbirin sonunda tədbir iştirakçılarına  “Narkomaniya-intihardır”, “Həyata-hə, narkotiklərə-yox deyirik”, “Xoşbəxt həyatda narkotiklərə yer yoxdur”, “Biz narkotiklərə yox deyib həyatı seçirik”, “Biz sağlam həyat tərzini seçirik”, “Həyat və narkomaniya: yaşamaq yoxsa ölüm”, “Narkotiklərsiz gələcəyə doğru” və digər mövzularda narkomaniyanın fəsadlarını əks etdirən xüsusi bukletlər paylanmışdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki