image-1backend

“Biz sülhün tərəfdarıyıq”- İlya Darçiaşvili

image-reklam_sirab_01

Gürcüstanın əsas məqsədi iki qardaş ölkə olan Ermənistan və Azərbaycanla birlikdə regionda sülh və sabitliyi təmin etməkdir. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri İlya Darçiaşvili Gürcüstanın İctimai kanalında məlumat verib.

Onun sözlərinə görə, Tbilisi bu prosesdə qərəzsiz oyunçu rolunu kifayət qədər uğurla oynayır.
Baş nazirin xüsusi səyləri və hər iki ölkənin liderləri ilə şəxsi münasibətləri sayəsində biz hər iki ölkə üçün qarşılıqlı faydalı razılaşma şəklində konkret nəticə əldə etdik”.

Darçiaşvili qeyd edib ki, Ermənistan və Azərbaycan açıq şəkildə sülhün zəruriliyindən danışmağa, sülh müqaviləsi imzalamağa başlayıblar və onların ritorikası tamamilə sülhə yönəlib.

“İki dost və qardaş xalqımızla birlikdə əsas məqsədimiz regionda sülh və sabitliyi təmin etməkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image