image-2858af03-859a-3a1c-89fb-e6ff1cc881d0_850backend

BMT TŞ Rusiyanın Ukraynadakı mümkün biolaboratoriyalarla bağlı qətnaməsini qəbul etməyib

image-reklam_sirab_01

BMT Təhlükəsizlik Şurası Ukraynadakı ABŞ-a məxsus bioloji laboratoriyalarının mümkün fəaliyyətini araşdırmaq üçün Rusiyanın qətnamə layihəsini qəbul etməyib.

Yalnız Çin Rusiya ilə Təhlükəsizlik Şurasının qətnamə layihəsinin lehinə səs verib.

ABŞ, Böyük Britaniya və Fransa bunun əleyhinə səs verib. Qalan 10 şura üzvü isə bitərəf qalıb.

Qeyd edək ki, qətnamənin qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin (Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya) veto hüququndan istifadə etməməsi şərti ilə 15 üzvdən 9-nun səsi lazımdır.

Xatırladaq ki, Rusiya tərəfindən təqdim edilən sənəddə BMT Təhlükəsizlik Şurasının bütün üzvlərindən ibarət komissiyanın yaradılması nəzərdə tutulurdu.

Vaşinqton və Kiyev bu ittihamları rədd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki