image-photo-2023-04-28-09-36-55-1backend

Bolqarıstanda imzalanan həmrəylik memorandumu

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır”
Azərbaycanla Bolqarıstan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Aprelin 25-də Sofiyada Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşündə toxunulan məsələlər bunu bir daha sübut edir. Xatırladaq ki, Prezident İlham Əliyevin Bolqarıstana sonuncu ötən ilin 30 sentyabr-1 oktyabr tarixli rəsmi səfəri və həmin səfər çərçivəsində Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açıb. Cənab Prezidentin 25 aprel səfərində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması, eləcə də SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı iki ölkə arasında əməkdaşlığın sürətlə inkişafının təzahürüdür.
Prezident İlham Əliyev və Prezident Rumen Radev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində iştirak ediblər. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladıqdan sonra çıxış ediblər. Çıxışçılar Azərbaycandan Avropaya qazın idxalı məsələsinə toxunaraq bu marşrutun Avropa üçün önəmini qeyd ediblər. Bildirilib ki, bu Anlaşma Memorandumu növbəti onillikdə Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacaq.
Mərasimdə Prezident İlham Əliyev çıxış edərək deyib ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. “Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”, – deyə dövlətimizin başçısı əlavə edib.
Qeyd edək ki, “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması ölkəmizn enerji sahəsində beynəlxalq əməkdaşlığının növbəti uğurudur. Bu, bir daha Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Prezident İlham Əliyev Anlaşma Memorandumunun əhəmiyyəti haqda danışarkən bu məsələni də böyük qürur hissi ilə qeyd edib: “Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. “İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq”.
Mərasimdə əksər çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etməsi xüsusi vurğulanıb. Hətta Bolqarıstan dövlətinin başçısı Rumen Radevin çıxışında Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deməsi diqqət çəkib. Bu baxımdan ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandumun imzalaması xatırlanmalıdır. “Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək”, – deyə Prezident İlham Əliyev çıxışında yerində bu Anlaşma Memorandunu da yada salıb.
Hər iki sənəd Azərbaycana Avropada yeni tərəfdaşlar qazandırıb. Bununla Azərbaycan qaz təchizatı şəbəkələrinin həcmini artırıb. Eyni zamanda Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı əlaqəsini genişləndirərək həmrəylik nümunəsi sərgiləyib.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image