image-photo-2022-02-08-12-27-57backend

BÖYÜK BİR YATAQLARDAN BİRİDƏ “BABƏK”dir

image-reklam_sirab_01

Azərbaycanda qaz quruda və dənizdə hasil edilir. Uzun illər respublikamızda qaz quru sahələrdə hasil edilmişdirsə, hazırda bu nisbət kəskin olaraq dəniz yataqlarının xeyrinə dəyişmişdir. Son üç ilə Azərbaycanda müvafiq olaraq hər il dənizdə 5,6-5,9, quruda isə 0,2-0,3 mlrd. kubmetr qaz hasil edilməkdədir. Azərbaycanda bu günə kimi 445,2 mlrd. kubmetr qaz hasil edilmişdir ki, onun da 320,1 mlrd. kubmetri dənizdə hasil olunmuşdur. İndi artıq dənizdə «Əsrin müqaviləsi» çərçivəsində qaz hasil edilməkdədir. Məlumatlara görə təkcə 1998-ci ildə Çıraq platformasından 200 milyon kubmetrdən çox qaz hasil edilmişdir. Axtarışlar nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda «Əşrəfi» və «Qarabağ» yataqlarında neft və qaz kondensat yataqları aşkar edilmişdir. Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2015-ci ilə kimi “Şahdəniz” yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir. Hazırda Xəzər hövzəsi regionunda qazın nəqli problemləri aktual xarakter almışdır. Bu baxımdan Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində bir çox şirkətlər maraq göstərirlər.

“Ümid” yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye işlənməsinə daxil edilib.

“Babək” strukturu “Ümid” yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanı.

Bu quyunun perspektivli olması sübut edir ki, buradakı “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür. “Ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı 2 dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaqdır, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir.

Təhlükəsizliyin təminatı üçün quyu bütövlüyünün təmin edilməsində bir sıra innovativ texnologiyalar tətbiq edilib. “Ümid-Babək” dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə operator təyin edilmiş “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) ilk dəfə olaraq beynəlxalq təcrübəyə əsaslanaraq, quyunun qazmasını “açar təhvili”ndən “günəmuzd tipli müqavilə” formatına dəyişib. Qazma-tamamlama işlərinə birbaşa rəhbərlik edən UBOC əməliyyatları “Halliburton”, “Schlumberger”, “SOCAR-AQŞ”, “Baker Hughes”, “Azəri-Mİ” və sair kimi beynəlxalq servis şirkətləri ilə birlikdə həyata keçirib.

 

“Ümid-Babək” dəniz blokunun işlənməsində səmərəliliyin artırılması məqsədilə həm əvvəl qazılmış quyularda, həm də bu quyuda yerinə yetirilmiş tədqiqat işləri nəticəsində quyu konstruksiyasında növbəti optimallaşdırma tədbirləri aparılıb, beləliklə, quyuların gündəlik qaz hasilatı potensialının 0,75 milyon kubmetrdən pilləli şəkildə 3 milyon kubmetrə, kondensat hasilatının isə 120 tondan 500 tona kimi artırılmasına nail olunub. Hasilat potensialının artırılması ilə yanaşı istismarın təhlükəsizliyi də diqqət mərkəzindədir.

 

HÜMBƏTLİ FİRUZƏ–ADPU


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki