“Brussel görüşünün təxirə salınması hesab edirəm ki, texniki məsələdir. Bütövlükdə o hiss olunur ki, bu görüşlərdə Avropa İttifaqı özünə və Ermənistana xeyir gətirəcək məsələləri masaya gətirmək istəyirlər.”- bu fikirləri Baku Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Avropa İttifaq özünü nə qədər də sülhyaratmaq missiyasının carçısı kimi göstərmək istəsə də əslində onlar ermənilərin himayəçisi kimi çıxış edirlər.
“Ermənistanı düşünən Avropa İttifaqı hesab edir ki, Qarabağ erməniləri geri qayıtmalıdır. Məhz buna görə çalışırlar. Həm də Avropa İttifaqı çalışır ki, ermənilərlə bərabər öz missiyalarını da Qarabağa gətirsinlər. Hesab edirəm ki, onların tələblərini Azərbaycan qəbul etməyəcək.Brussel görüşü sözsüz ki, baş tutacaq və bu görüş olduqca gərgin bir görüş olacaq.”-deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: