image-f39dab90-bcfe-4b95-bd72-d56ac76a7802backend

Brüssel vahid sülh platforması deyil, onunla yanaşı daha iki masa da var

image-reklam_sirab_01

Dünya və region üçün daha bir önəmli və həlledici tarix yaşanır. Uzun sürən fasilədən sonra Avropa İttifaqı Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması üçün yenidən səylərini formalaşdırır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Prezident İlham Əliyev Belçika Krallığına rəsmi işgüzar səfərə gəlib. Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş baş tutacaq. İndidən hər-hansı fikir yürütmək çox çətindir. Çünki Brüssel vahid sülh platforması deyil. Onunla yanaşı daha iki masa var.

1-4 may tarixlərində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar Ermənistanın təxribatları ilə heçə endi. 1-4 may tarixlərində aparılan Vaşinqton danışıqları Ermənistanın davam edən təxribatları nəticəsində heçə endi desək yəqin ki, yanılmarıq. Azərbaycan – Ermənistan şərti sərhədində baş verən son hadisələr bu gün ki üçtərəfli görüşdə Moskvadan yenicə qayıdan Paşinyanın sülhə nail olmaq istəyinə də zəmanət vermir. İstənilən halda Azərbaycan diplomatiyası sözünü deyir.

Dəmir yumruğu ilə Brüsselə gedən Azərbaycan diplomatiyası və müdrik siyasətçisi cənab İlham Əliyevin qələbə qazanacağına heç bir şübhə yoxdur.

Fuad Heydər  – siyasi şərhçi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki