image-1677060887_arzuman-teze-1-2backend

“Bu Azərbaycanın tarixi zəfəri idi” – Arzuman Muradlı

image-reklam_sirab_01

” BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.” – bunu martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  deyib.

Vətəninfo.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 30 ildir fəaliyyətsizliyi haqqında danışan politoloq, “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı hesab edir ki, ölkə başçısı bu günkü çıxışında BMT-nin əsl simasını açıqlayıb.

“30 il ərzində torpaqlarımız Ermənistan tərəfindən işğal altında saxlanıldı. İşğal dövründə ermənilər tərəfində tarixi abidələrimiz, məscidlərimiz məqsədyönlü şəkildə dağıdıldı, bütün mədəni və dini abidələr talan və qarət edildi. Amma nədənsə dünya bu talana, qarətə görə susurdu. BMT isə bu hadisələrə öz münasibətini bildirmədi” -deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, artıq reallıq başqadır.

“BMT qəbul etdiyi qətnamələrin icrasını həyata keçirə bilmədi. Azərbaycan 30 il ərzində bu qətnamələrin icra ediləcəyini gözlədi. Amma bu olmadı. O , zaman Azərbaycan cəmi 44 günə 30 ildir icra edilməyən 4 qətnaməni icra etdi. Bu Azərbaycanın tarixi zəfəri idi. Bu ölkə başçısının xalq- lider birliyinin təcəssümü idi. İndi biz qalib dövlətiq. Siyasət meydanında diktə edən tərəf bizik .” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki